AZ

STAR NEZ aviayanacaq istehsalını iki dəfədən çox artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında aviayanacaq istehsalını öncəki ilin analoji ayı ilə müqayisədə 2,3 dəfə artırıb.

FED.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

EPDK-nin məlumatlarına əsasən, 2024-cü ilin yanvar ayında zavod 103 min 497 ton aviasiya yanacağı istehsal edib ki, bu da 2023-cü ilin yanvar ayında istehsal olunan 44 min 824 tonla müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Xatırladaq ki, COVID-19 ilə əlaqəli məhdudiyyətlər ucbatından aviasiya yanacağına tələbat azaldıqda STAR 1,6 milyon ton aviasiya yanacağının istehsalı üçün nəzərdə tutulmuş istehsal gücünü operativ şəkildə dizel yanacağının istehsalına yönəldib. Məhdudiyyətlər aradan qalxdıqdan sonra zavod artmaqda olan tələbi qarşılamaq üçün aviasiya yanacağı istehsalını bərpa edib.

Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 min barel xam neft emal etmək gücündədir. (Trend)

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla