AZ

Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtomobillərin qeydiyyat nişanını düzgün taxmayan sürücülərə qarşı tədbirlər keçirib.

Avtosfer.az xəbər verir ki, onlarla söhbətlər aparılıb və bu əməlin məsuliyyəti izah olunub, qayda pozan sürücülər cərimələnib.

Bəziləri bunun qayda pozuntusu olduğunu bilmədiyini, bəziləri isə görünüş üçün etdiklərini bildirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli sürücülərdən qaydalara düzgün şəkildə əməl etmələrini xahiş edib.

Qeyd edək ki, avtomobillərin qeydiyyat nişanının düzgün taxılmaması kamera və radarlardan yayınmağa kömək edir. Avtomobilin ön və arxa nömrəsi müəyyən edilmiş yerlərə bərkidilməlidir. Belə qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən 40 manat məbləğində cərimələnir.

Məhəbbət Tərlanoğlu

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla