AZ

Fələstin prezidenti yeni hökumətin tərkibini təsdiqlədi

Fələstin prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, Mustafa Abbasa rəhbərlik etdiyi kabinetin, eləcə də onun tərkibinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını təqdim edib. Fələstin Milli Administrasiyasının (PNA) rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb. 

Onun martın 31-i bazar günü and içəcəyi gözlənilir. Mustafanın özü baş nazir postu ilə yanaşı, yeni kabinetdə Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini tutacaq. 

Ağarza Elçinoğlu 

phrase_var_article.chosen
16
32
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close