AZ

Çin iki ayda Azərbaycana 13 milyon dollarlıq smartfon ixrac edib

Çin 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana təxminən 113,6 min ədəd smartfon ixrac edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.

FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Baş Gömrük İdarəsi bildirir. 

İxracın dəyəri 3,6 dəfə artaraq $12,9 milyon təşkil edib.

Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə Çin Azərbaycana təxminən $32,5 milyon dəyərində 291,1 min ədəd smartfon ixrac edib. (İnterfaks-Azərbaycan)

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla