AZ

Todiboya qiymət qoyuldu

“Nitsa” Jan-Kler Todibonu satmağa hazırdır. Fransa klubu çoxsaylı təkliflər üzündən Qayana əsilli oyunçusunu saxlaya bilməyəcəyini anladığından, yay transfer pəncərəsi üçün ona qiymət qoyub.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı fransalı müdafiəçi ilə “Mançester Yunayted” yaxından maraqlanırdı. İndi isə müştəri olan Premyer Liqa klublarının sayı artıb. Bu səbəbdən “Nitsa” oyunçusu üçün 40 milyon avro tələb edəcək.

Todibonun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Fransızlar onu 2021-ci ilin yayında “Barselona”dan 8,5 milyon avroya almışdı.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla