Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 10 saylı təcili tibbi yardım bölməsinin böyük həkimi Məharət Bayramov uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.
Aztibb.az-ın xəbərinə görə, o, 1986-1990-cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində "Pediatriya" ixtisası üzrə təhsil almışdı. 1990-ci ildən pediatr, anestezioloq-reanimatoloq, böyük həkim kimi fəaliyyət göstərmişdir.
Allah rəhmət eləsin!