AZ

Yusif İmanov psixoloji problem yaşayır?

U-21-in baş məşqçisi Samir Əliyev İngiltərə ilə oyundan sonra jurnalistlərin suallarını cavablayarkən ondan qapıçı Yusif İmanova şans verməməsinin səbəbi də soruşulub. Baş məşqçi cavabında “Yusifin psixoloji problemləri var, ona görə də Rüstəmə üstünlük verdik” deyib.

Maraqlıdı ki, Krunoslav Renduliç “Sabah”ın “sükanı arxasına” keçəndən sonra, həqiqətən də, Yusifi heyətdə görmürük. Görəsən, buna səbəb nədi? Doğrudanmı, futbolçu psixoloji problem yaşayır? Suallarımıza cavab tapmaq üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidliyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Yusif İmanov bu mövsüm komandamızın 27 oyunundan 18-də şans qazanıb. Onunla bağlı klubda hansısa problem yaşanmayıb”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla