AZ

Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi

Bakınınn mərkəzində tələbə oğlanın ölümü ilə nəticələnən yol qəzası törədən 1992-ci il təvəllüdlü Hümmət Atakişiyevin məhkəməsi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə mərhum tələbə Pərvin Cəfərovun yaxınları iştirak etməyib. Onlar məhkəməyə məktub göndərərək iclaslarda iştirak etmək istəmədiklərini qeyd ediblər. Bu səbəbdən məhkəmə prosesi zərərçəkmişin yaxınları olmadan keçirilib.

Qeyd edilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində baş verib. Belə ki, gecə saat 23:00 radələrində Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi avtomobil İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi "Kamaz"la toqquşub. Nəticədə avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb.

Avtomobildəki digər sərnişinlər Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

A.Hümmətə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV kurs tələbəsi olan mərhum Pərvin Cəfərov Bərdə rayonunda dəfn edilib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla