AZ

Polşa Ukrayna ilə taxıl danışıqlarının uğuruna şübhə ilə yanaşır

Varşavada Polşa və Ukrayna hökumətlərinin nümayəndələri arasında taxılla bağlı danışıqların uğur qazanacağı ehtimalı azdır. 

Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” baş nazirin aparatının rəhbəri Yan Qrebekə istinadən məlumat yayıb.

“Bu danışıqlardan sonra konkret razılığın əldə olunmasını gözləmək çətindir. Məsələn, kənd təsərrüfatı məsələlərində", deyə Qrabek bildirib.

O, dialoqun davam etdiyini, lakin hazırda tərəfləri tam qane etmədiyini vurğulayıb.

"Biz ölkə bazarının qorunması ilə bağlı Polşa fermerlərinin mövqeyində möhkəm dayanırıq. Ukraynalılar tamam başqa vəziyyətdədir", deyə baş nazirin aparatının rəhbəri əlavə edib.

Paşa Məmmədli

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla