AZ

Ermənistanın problemlərini Rusiya deyil, Qərb həll edə bilər - Partiya sədri

“Ermənistan həqiqətən də böyük yol ayrıcındadır və biz cəmiyyətimizə bu yol ayrıcında düzgün istiqamətdə hərəkət etməyin zəruriliyini çatdırmağı bacarmalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu "Respublika" partiyasının sədri Aram Sarkisyan Ermənistanın Avropaya inteqrasiyası məsələlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

“Biz eyni yerdə, eyni mövqedə qala bilərikmi? Əminəm ki, yox. 2020-ci ilə qədər düşünürdük ki, "Dağlıq Qarabağ" (Artıq belə subyekt mövcud deyil) problemimiz və Ermənistanın suverenliyi məsələmiz olduğu üçün biz Rusiyanın orbitində qalmalıyıq və bununla da suverenliyimizi qorumalıyıq. İqtisadiyyatda geri qalsaq eybi yoxdur, insan haqları ilə bağlı da problemlərimiz var idi. Qoy BMT-də və Qərbdə problemimiz olsun, amma heç olmasa Qarabağdakı problemlərimizi həll edə bilək. 2020-ci ildən sonra məlum oldu ki, bizim və Rusiyanın bu problemə yanaşmaları tamamilə fərqlidir və paralellik mövcud ola bilməz.

Bu gün ölkəmiz həqiqətən də ciddi yol ayrıcındadır: bizim ordunun modernləşdirilməsi problemi, əhəmiyyətli silahlara yiyələnmək problemi, iqtisadiyyatın bərpası problemi, həmçinin vətəndaş hüquqlarının və ictimai həyatda insan hüquqlarının qorunması problemi var və bütün bu problemlər ancaq Qərbdə həll oluna bilər. Rusiya bizimlə bu problemləri həll etmək istəmir”, - Sarkisyan qeyd edib.
O, həmçinin vurğulayıb ki, regionda Gürcüstan ABŞ-a, Azərbaycan isə Şuşa müqaviləsinə uyğun olaraq Türkiyəyə qoşulub.

“Rusiya ilə qalsaq, Azərbaycan-Türkiyə-Rusiya üçbucağında qalacağıq, burada problemlər bizim hesabımıza həll olunacaq, ona görə də bizim başqa variantımız yoxdur”, - deyə siyasətçi bildirib.

Aram Sarkisyan onu da deyib ki, bir neçə həftə əvvəl “Ermənistanın Avropa Partiyası”, “Respublika Naminə” və “Respublika” partiyaları ölkənin Aİ-yə üzv olmaq üçün müraciət etmək üçün birləşməsini nəzərdə tutan birgə sənəd imzalayıblar və hesab edirlər ki, buna əməl etməklə yol, təhlükəsizlik məsələləri “bir səviyyə yuxarı” qaldırıla bilər.

Bizim.Media
 

phrase_var_article.chosen
41
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close