AZ

Naço ilə Vaskesi kim müşayiət edəcək?

“Real” rəhbərliyi üç futbolçu ilə müqaviləni tezliklə yeniləyəcək.

Əvvəlcə Naço və Lukas Vaskeslə yeni müqavilə imzalanması nəzərdə tutulub. “AS” qəzetinin məlumatına görə, Madrid klubu artıq 24 yaşlı müdafiəçi və 23 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib. Hər iki müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Rəhbərliyin həmçinin Toni Kroosla sözləşməni yeniləməyi planlaşdırdığı da bildirilib. Hər üç oyunçu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı rəsmi açıqlamanın gələn həftə verilməsi gözlənilir.

Naço bu mövsüm La Liqada 21 oyun keçirib. Vaskes 22 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Kroos isə İspaniya çempionatında 28 oyuna 1 qol vurub.

phrase_var_article.chosen
171
39
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close