AZ

Stiven Cerrard Joze Mourinyo ilə bağlı təəssüfünü dilə gətirdi

“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı, “Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard portuqal mütəxəssis Joze Mourinyo haqda danışıb.

Arena.az “Liverpool Echo” dərgisinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən Jozeni həm peşəkar, həm də insan kimi bəyənirəm. Uzun illərdir ən yaxın münasibətimiz olmayıb, amma onun rəhbərliyi altında oynamadığıma görə təəssüflənirəm. Çünki bilirəm ki, Mourinyo məni daha yaxşı oyunçu edərdi. Həm bilirəm ki, onunla birlikdə kuboklar muzeyimə bir neçə qənimət əlavə edərdim. Ancaq geriyə baxanda “Çelsi” ilə müqavilə imzalamadığım üçün peşman deyiləm. Qəbul etdiyim qərardan məmnunam (“Liverpul”da qalmaq – redaktorun qeydi),” deyə Cerrard vurğulayıb.

Stiven Cerrard “Liverpul”un yetirməsidir və klubun canlı əfsanəsi hesab edilir. Cerrard İngiltərədə yalnız “qırmızılar” üçün oynayıb və karyerasının sonlarına yaxın ABŞ-a köçüb, burada “Los-Anceles Qelaksi”də çıxış edib.

2005-ci ildə, Joze Mourinyonun “Çelsi”ni çalışdırdığı vaxt “zadəganalr” Cerrardla fəal maraqlanırdılar. Amma “Liverpul”un kapitanı “qırmızılar”a sadiq qalaraq rəqib düşərgəyə keçiddən imtina etmişdi.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla