AZ

"Qarabağda hansı addımı atdıqsa..." - Ərdoğan

Əmin olun ki, Qəzzada müsəlman qanının tökülməsinə kor və kar olanlar sabah belə bir bəla başımıza gəlsə, eyni şeyi edəcəklər. 

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Bursanın Gökdere meydanında keçirdiyi mitinqdə çıxışı zamanı deyib. 

O, bununla bağlı baş verənləri diqqətə çatdırıb: "Əslində biz bunu yaşadıq. Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini apardılar. Allaha şükürlər olsun ki, biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə dəf edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük bir qlobal ittifaq çıxdı". 

Ağarza Elçinoğlu 

phrase_var_article.chosen
167
7
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close