AZ

“Səbail” pul vermədi, məhkəməyə verdi

“Səbail” ilə sabiq futbolçusu Tural Bayramlı arasındakı münaqişənin bu gedişlə ölkə sərhədlərindən kənara çıxması belə bizi təəccübləndirməyəcək. İş ondadı ki, “dənizçilər” Xətai Rayon Məhkəməsinə AFFA-dan şikayət edib.

“Football-plus.az” iddianın səbəbini öyrənməyə çalışır. Bundan öncə AFFA-nın “Səbail”in Tural Bayramlıya təzminat ödəməsi barədə qərar qəbul etdiyini, eyni zamanda klubun martın 31-nə qədər oyunçuya 70 min manat verməli olduğunu bildirmişdik. Bu üzdən yenidən futbolçunun vəkili Elcan Həsənliylə əlaqə saxladıq:

“Bəli, işin mahiyyəti ondan ibarətdi ki, klub AFFA-nın Apellyasiya Arbitraj Tribunalının Tural Bayramlının xeyrinə olan qərarının ləğv edilməsi tələbiylə Xətai Rayon Məhkəməsinə müraciət edib. Bu, “Səbail” futbol klubu ilə AFFA arasında olan məsələdi. Biz bu mövzuda tərəf deyilik. FİFA rəsmi şəkildə məktub göndərib ki, martın 31-nə qədər pulunuz ödəniləcək, biz də gözləyirik. Verilən vaxtın sonuna kimi pulumuz ödənilməzsə, yenə AFFA-ya, FİFA-ya müraicət edib kluba qarşı idman sanksiyalarının verilməsini tələb edəcəyik”.

Yeri gəlmişkən, bu iş hakim Sahibə Hacıyevanın icraatındadı.

KAMAL SƏFƏR
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla