AZ

Xəstənin bədənindən cərrahi yolla diri ilan balığı çıxarılıb

Vyetnamda bir kişinin qarnından cərrahi yolla 30 sm uzunluğunda diri ilan balığı çıxarılıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, həkimlər balığın kişinin bədəninə anusundan daxil olduğunu müəyyən ediblər.

 

Belə ki, Quang Ninh əyalətindəki Hai Ha Rayon Tibb Mərkəzinə 34 yaşlı naməlum kişi şiddətli qarın ağrısı şikayəti ilə müraciət edib. Həkimlər ultrasəs və rentgen müayinəsi apardıqdan sonra həzm sistemində yad cismin olduğunu göstərən 30 santimetr uzunluğundakı ilan balığı tapıblar.

 

"Bu nadir bir vəziyyətdir. Düz bağırsağın nahiyəsində çoxlu nəcis mayesi var və o, asanlıqla bakteriyaya yoluxa bilər, lakin əməliyyat təhlükəsiz aparıldığı üçün əməliyyatla bağlı heç bir problem olmadı", - deyə cərrah Pham Manh Hung yerli mətbuata bildirib.

phrase_var_article.chosen
44
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close