AZ

Ukrayna F-16-ları hədəfimiz olacaq-Putin

Biz bu gün tankları, zirehli texnikanı və digər hərbi texnikanı məhv etdiyimiz kimi, F-16 model təyyarələrini də məhv edəcəyik.

“İki sahil”in CNN-ə istinadla verdiyi xəbərə görə, bu fikirləri Rusiya lideri Vladimir Putin deyib.

Rusiya Müdafiə Nazirliyinin Ordu Aviasiya Tədris Mərkəzində hərbi pilotlarla söhbət edən Putin Qərb ölkələrinin Ukraynaya verməyi planlaşdırdığı F-16-lardan danışıb.

Rusiya prezidenti həmçinin F-16 döyüş təyyarələrinin nüvə silahı daşıma qabiliyyətinə malik olduğunu vurğulayaraq, bu təyyarələrə qarşı döyüşərkən bunu nəzərə alacaqlarını da əlavə edib.

“Əlbəttə, bu təyyarələr üçüncü ölkələrin hava məkanlarında istifadə edilərsə, harada yerləşsələr də, bizim üçün hədəfə çevriləcəklər”, - Putin bildirib.

ABŞ-ın müdafiə xərclərinin Rusiyadan daha çox olduğuna diqqət çəkən Rusiya prezidenti ölkəsinin NATO ilə döyüşməyi planlaşdırdığı, Baltikyanı ölkələr və Polşaya hücum ehtimalı ilə bağlı iddiaları “cəfəngiyyat” adlandırıb.

Seçilən
138
49
Mənbələr
Şərh ()
Bağla