AZ

Dünyanın ən varlı adamı ODUR - Milyarderlərin SAYI və SİYAHISI

Qlobal sərvətlər sahəsində hesabatlar hazırlayan Çinin “Hurun” şirkəti 13-cü Hurun Qlobal Sərvət Hesabatını dərc edib. 


Sfera.az xəbər verir ki, şirkət 2024-cü ilin yanvar ayına olan məlumatlar əsasında hesablama aparıb. 


Hesabata görə, dünyada dollar milyarderlərinin sayı 3 279 nəfərə yüksəlib. Ötən il milyarderlərin sayı 3 112 olub. 


Dünyada ən çox milyarder olan ölkə Çindir. Çində 814 milyarder var. Milyarderlərin sayına görə, sonrakı yerləri ABŞ (800 nəfər), Hindistan (271 nəfər), Böyük Britaniya (146 nəfər), Almaniya (140 nəfər), İsveçrə (106 nəfər) tutur. 


Ən çox milyarderlərin olduğu şəhərlərin siyahısında ilk yer Nyu Yorka məxsusdur. Burada 119 milyarder yaşayır. Növbəti yerləri London (97 nəfər), Mumbay (92 nəfər), Pekin (91 nəfər), Şanxay (87 nəfər) tutur. 


Dünyanın ən varlı adamı İlon Maskdır. Onun 231 milyard dollar sərvəti var. Milyarderlər siyahısında ilk yerləri Cef Bezos (185 milyard dollar), Mark Zukerberq (158 milyard dollar), Larri Ellison (144 milyard dollar) tutur.


Vasif
    

 

phrase_var_article.chosen
22
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close