AZ

Natəvan: “Sosial verilişlərə baxanda dəli oluram”

Müğənni Natavan Həbibi TV-yə dairtənqidi fikirlər səsləndirib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbərin var?” proqramında danışıb. 

“Sosial verilişlərə baxanda dəli oluram. Millətimizi niyə belə təqdim edirsiniz? Cəmiyyətimiz o cür ailələrdən ibarətdir? Gözəl ailələrimiz də var, onları göstərmək lazımdır ki, nümunə olsun.  Yoxsa sabah bir-birilərinin arxasınca telefonla gəzəcəklər ki, bir səhvin olsun, onu efirə verim, reklam olunum.

Hamı reklam dəlisi olub, özünü ulduz sayır. Fikir sahibi olub ki, sözüm varsa, deməliyəm. Hamının cibində televiziyası var, deyir ki, orada da ağzıma gələni danışım. Bunlara diqqət etmək lazımdır. Jurnalistlər, aparıcılar başda olmaqla kanallar ciddi yanaşmalıdırlar.

Bizim gələcəyimiz var, uşaqlarımız bu dalğada böyüməməlidir. Özümüz nümunə ola bilmirik, örnək ola biləcək  insanları göstərək ki, kənardan yaxşı görünsün”, - deyə, sənətçi vurğulayıb.


Telegram kanalımız
Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla