AZ

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində ayıq olublar" Açıqlama

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" -Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb.

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Sonxeber.az-a açıqlama verib:

"Terror törətmək istəyən şəxlərin və onların arxasında duranlar bir neçə maraqı var. Ölkədə qarışıq yaratmaq, əhali arasında qorxu salmaq, dövlətə inamsızlıq yaratmaq və s bu kimi hansısa mesajlar verməkdir. Terror etmək istəyən şəxslər həmin ölkənin müstəqil siyasətini qəbul etməyənlər olur.

Azərbaycanın da ərazi bütövlüyünü,suverenliyini, müstəqil xarici siyasət aparmasını istəməyən dövlətlərin olduğunu bilirik. Bu ölkələr açıq şəkildə terror təşkilatlarına dəstək olur. Terror dünyanın böyük və maddi səviyyəsi yüksək olan dövlətlər tərəfindən dəstəklənir. Ermənistan arxasında olan dövlətlət hər zaman terrora dəstək verib. Bizim yerləşdiyimiz çoğrafi bölədə öz həssaslığı ilə seçilir. Bu hər zaman nəzərə alınır.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti, xüsusi dövlət orqanlarımız eyni zamanda hüquq mühafizə orqanlarımız hər zaman bu məsələdə ayıq olublar. Bu prosesləri təhlil edib və terror hallarının qarşısını almaq üçün zəruri və peşekar addımlar atıblar. Azərbaycanda ictimai asayişin qorunması nəzarət edilməsi çox qürurverivi haldır.

Azərbaycanın müstəqilliyini istəməyən ölkələr bizə başqa formada təzyiqlər edirlər. Bu təzyiqlər nəticə verməyəndə isə terror aktları törətməyə çalışırlar. Azərbaycanda hüquq mühafizə və təhlükəsizlik orqanları bu işin öhdəsindən layiqincə gəlir. Bu gün də onlalrın peşə bayramıdır. Onlara bu məsuliyyətli və müqəddəs işlərdə uğurlar arzulayıram".

Gülcahan Məmmədov

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla