AZ

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən “OMİD” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com
xəbər verir ki, “OMİD” MMC barəsində tərtib olunan protokola Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə aprel ayının 2-i saat 10:00-da baxılacaq. Qeyd edək ki, ilk iclas 27 mart tarixində baş tutub.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək cərimə edilə bilər.
Onu da bildirək ki, nizamnamə kapitalı 300 manat olan “OMİD” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəhman Vaqif oğludur.

Elnur Əli
Seçilən
47
2
1

1Mənbələr

Şərh ()
Bağla