AZ

Nuriyev iddialıdır: "Hər iki cəbhədə maksimum nəticəni hədəfləyirik"

Martın 29-da Azərbaycan Premyer Liqasında XXVIII tura start veriləcək. Tur çərçivəsində "Zirə" "Sabah"ın qonağı olacaq.

Qəsəbə təmsilçisinin üzvü Ceyhun Nuriyev "FutbolPress"ə açıqlamasında matça hazırlıq barədə fikirlərini bölüşdü:

"Qarşıda bizi çətin oyun gözləyir. Çünki rəqib olduqca ciddi komandadır. Yaxşı futbolçulardan təşkil olunub. Bu matç ilk üç yer üçün vacib oyundur. Ona görə də hər iki komanda diqqətini bu qarşılaşmaya yönəldib. Tam diqqətlə oyuna hazırlaşırıq".

Yarımmüdafiəçi həm kubokda, həmçinin Premyer Liqada mübarizə aparmağın çətinliyindən danışdı:

"Komandanın diqqəti hər iki cəbhəyə yönəlib. Həm Premyer Liqada, həm də kubokda maksimum nəticəni hədəfləyirik. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Hər iki oyuna qələbə üçün çıxacağıq. İnşallah, nəticəmiz uğurlu olar".

Nuriyev millidəki çıxışını dəyərləndirdi:

"Milli komanda hər iki oyununu yaxşı keçirdi. Həmçinin sonuncu matç da öz adına qənaətbəxş idi. Şadam ki, Bolqarıstanla oyunda bərabərlik qolunun ötürməsini verdim. Daha çox şans qazanmaq və milliyə xeyir vermək istəyirəm",

Məlik Məlikov
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla