AZ

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə",
Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb.

Məsələ ilə bağlı media eksperti Azər Həsrət Sonxeber.az-a açıqlama verib.

O bildiirb ki, Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir. Buarada ümumi keyfiyyətdən və təqdimat üsulundan söhbət gedir . Yəni narazılıq doğuran məsəslə bundan ibarətdir. Bu verilişlər istər 2 saat, istər 4 saat olsun. Verilişlərin efirdə bu təqdimatda olması narazılığa səbəb olmağa davam edəcək.

Sözügedən verilişlər də yaxşı işlərlə məşğuldurlar. Kimlərinsə problemləri həll edilir. İntellektual tamaşaçılar bu verilişlərin səviyyə problemindən narahatdır. Əgər bu verilişlər səviyyə məsələsini həll edə bilməyəcəklərsə, vaxtlarının qısa və ya uzun olmasının heç bir əhəmiyyəti yoxdur.

Ekspert aparıcıların çığır-bağırla, kimlərisə hədələməklə veriliş təqdim etdiyini bildirib:

Bu tip verilişlər hər zaman olub. Misal üçün dövlət kanalında "Ailələr-Talelər" adlı veriliş proqramı vardı. Bu veriliş səviyəli idi. Həqiqətəndə insanların könlünü oxşayırdı. Bu günə qədər heç kəs bu veriliş ilə bağlı tənqidi fikir səsləndirməyib. Çünki bu veriliş səviyyə şəkildə təqdim olunurdu.

Amma indi çığır-bağırla, kimlərisə hədələməklə veriliş təqdim edirlər. Bu verilişlərin səviyyəsi ilə bağlı tədbir görülməlidir. Əgər aparıcılar bu potensiala sahib deyillərsə, bu şəxslər ümumiyyətlə efirə buraxılmamalıdır. Efir öz məddəniyyəti ilə seçilməlidir. Vaxtın azaldılması köklü şəkildə nəyisə dəyişməyəcək".

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla