AZ

"Getməyə hazır deyildim, bir neçə günə həyatımı dəyişməli oldum"

“İnter Mayami”nin hücumçusu Lionel Messi 2021-ci ildə "Barselona"dan PSJ-yə keçidinin onun üçün çətin olduğunu deyib.

Sportinfo.az xəbər verir ki, “Marca”ya danışan argentinalı həmin anları bu cür xatırlayıb:

“PSJ-yə keçidim mənim üçün çətin oldu. Çünki “Barselona”da çox yaxşı vaxt keçirmişdim, orada qalmağı planlaşdırırdım.

Getməyə hazır deyildim. Hər şey çox tez oldu, bir neçə günə həyatımı dəyişməli oldum.

Məni fərqli bir liqa, fərqli bir komanda, fərqli bir paltardəyişmə otağı ilə tanış etdilər.

Bunlar gözləmədiyim dəyişikliklər idi. Ona görə də əvvəlcə mənim üçün hər şey çətin oldu”.

36 yaşlı futbolçu 2021-2023-cü illərdə PSJ-nin formasını geyinib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla