AZ

Ağalarov “Krokus”da qapıların niyə bağlı olmasını açıqladı

"Krokus"da terror aktı zamanı qaçmaq istəyənlərin qapıları aça bilməməsi, hər yerdə bağlı qapılarla üzləşdikləri məsələsinə Ağalarovdan açıqlama gəlib.

Bakupost.az xəbər verir ki, Emin Ağalarov bağlı qapıların personal üçün olduğunu bildirib.

“Krokus Siti Hall"da bütün evakuasiya çıxışları açıq idi. İnsanlar bağlı qapılara qaçırdılar, amma ordan çıxış yox idi. O qapılar xidməti otaqlar, hissələr idi. Çünki kulis arxasında çoxlu studiya, anbar, qrim otaqları var. O binalardakı dəhlizlər yenidən foyeyə qayıdır. İnsanlar təşviş içində foyeyə qayıtmaq istəmir, ona görə ordakı bağlı qapıları döyürdü. O qapılar isə yalnız kart sensoru ilə açılır. Təxliyə olunanlar panika içində hər cür çıxış yolu axtarırdı. Amma Krokusda kifayət qədər yanğın və çıxış qapıları var”.


Qeyd edək ki, şahidlər bir çox evakuasiya çıxışlarının da bağlı olduğunu bildirirdi.

Şahid Darya insanların hara qaçmalı olduqlarını bilmədiyini və dəhlizlər dalana dirənirdi. Biz xidməti dəhlizdən çıxa bildik. İnsanlar məcbur olub pəncərələri sındırmağa başlamışdı.


Aygün Musayeva
BakuPost
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla