AZ

Xaricdən kakao alışımız niyə artıb?

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrdən 26 milyon 546 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar alıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 426 min ABŞ dolları və ya 38.8% çoxdur. 2023-cü ilin ilk iki ayında kakao və ondan hazırlanan məhsulların alınmasına 19 milyon 120 min ABŞ dolları xərclənib.

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə satılan kakao və ondan hazırlanan məhsulların dəyəri isə 1 milyon 587 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 min ABŞ dolları, yaxud da 5.7% azdır.

Görəsən, niyə kakao və ondan hazırlanan məhsulların dəyəri üzrə idxal artıb, ixrac isə azalıb?

Valyuta.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki, kakao və ondan hazırlanan məhsul üzrə idxalının artmasında ölkəmizə onu istehlak edən daha çox turistin gəlməsi amili əsas rol oynayıb: 

“Bu il ölkəmizə gələn turistlərin sayında 47 faiz artım var. Böyük ehtimalla xaricdən Azərbaycana səfər edənlər daha çox kakao və ondan hazırlanan məhsulları istehlak edir.

Nəticədə daxili bazarda ona tələbat artır. Güman ki, məhz tələbin artması ilə idxal da artıb. 

Yaxud da ola bilər qiymətlər ucuzlaşıb və ona görə də kakao məhsullarının daha çox idxalı üçün geniş fürsətlər yaranıb”. 

Ramiz
 

phrase_var_article.chosen
156
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close