AZ

İrəvanın keçmiş meri partiya yaradır

İrəvanın keçmiş meri Hayk Marutyan tezliklə partiya yaradacaq.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir ki, partiya "Yeni qüvvə" adlanacaq.

Məlumatı “Azadlıq” radiosuna müsahibəsində Marutyanın komandası təsdiqləyib.

Yeni partiyanın qurultayı mayın 1-də baş tutacaq.

Qeyd edək ki, Marutyan bundan əvvəl partiyanın yaradılacağını və növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla