AZ

Bələdiyyə torpaqları üzərində hərrac və ya müsabiqə hansı qaydada keçirilir?

Bakı. Trend:

Baş Prokurorluq Bələdiyyə torpaqları üzərində hərrac və yamüsabiqənin keçirilməsi qaydaları suallara aydınlıq gətirib.

Trend xəbər verir ki, qyadalara əsasən, bələdiyyə hərraca və yamüsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququqanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlətreyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəninkeçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsinihərracı (müsabiqəni) təşkil etmək üçün Əmlak Məsələləri DövlətXidmətinin Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsinəgöndərir.

Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsindəaşkarlıq təmin olunmalıdır.

Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları barədəməlumatları haradan almaq olar?

Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları haqdaməlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanıolan “Mülkiyyət” qəzetindən və Komitənin www.emdk.gov.az vəHərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.azrəsmi internet saytından əldə etmək olar.

Bələdiyyə mülkiyyətində olan torpaqların satışı AzərbaycanRespublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyəmülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsiilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsiQaydaları”na əsasən müsabiqə və hərrac yolu ilə satılır və yaicarəyə verilir.

Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilətorpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabərtəkliflər irəli sürüldükdə kimlərə üstünlük verilir?

Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilətorpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabərtəkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir:

a) Bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;

b) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılandöyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə vəhəlak olanların ailəsinə;

c) Yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinəgörə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətlihəqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

d) Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçünhəmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyəngənclərə;

e) Müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburiköçkünlərə;

f) Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamandaən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olanAzərbaycan Respublikasının vətəndaşlarına.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılandöyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə vəhəlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbiqulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı sahə vəbağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfəpulsuz verilir.

Hansı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir?

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabrtarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyəmülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsiilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsiQaydaları"nın 10-cu bəndinə əsasən aşağıdakı hallarda ərizəçidənərizə və sənədlər qəbul edilmir:

1. ərizələr bildirişdə göstərilən müddət keçdikdən sonraverildikdə ;

2. ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxsverdikdə.

Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyəverilməsi ilə bağlı keçirilən hərrac və müsabiqədə qalib olanşəxslə neçə gün müddətində müqavilə bağlanır?

Bələdiyyə mülkiyyətinə olan torpaqlar müsabiqə və ya hərracvasitəsilə mülkiyyətə və icarəyə verildikdə müsabiqə və hərracınqalibinə müvafiq şəhadətnamə verilir və bu şəhadətnamə əsasındahərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxsləbələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaqqanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.

Bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkinqiyməti nəyə əsasən müəyyənləşdirilir?

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin4-cü hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlarınicarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən,coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icrahakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasındamüəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normatv qiyməti,torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır.

Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular vəya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydadaxüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onunyerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ iləicarəyə verilir.

Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə vəicarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasındabağlanmış müqavilə əsasında həyata keçirilir rəsmiləşdirilir.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla