AZ

“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”

“Polad pianinonu dınqıldatdı, Bülbül də oxudu. Böyük müğənni Mingəçevirdə ilk konsertini belə verib...”
 
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabında  Mingəçevir su elektrik stansiyasının tikintisi zamanı hazırda Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğlunun atası mərhum müğənni Bülbüllə birgə inşaatçılarla görüşə gəlməsi barədə maraqlı bir epizod nəql edib. 
Aktuallığını nəzərə alaraq sözügedən parçanı Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
“Mingəçevirdə su elektrik stansiyasının tikintisi ilə bütün ölkə maraqlanırdı. Yazıçılarımız tez-tez Mingəçevirə gəlir, başqa müttəfiq respublikalardan öz həmkarlarını da buraya dəvət edirdilər. Aleksandr Fadeyev, Vasili Ajayev, Konstantin Simonov dəfələrlə Səməd Vurğun, Süleyman Rəhimov, Əli Vəliyev, Mirzə İbrahimov, İlyas Əfəndiyevə qoşulub Mingəçevirə gəlmişdilər...
 
Görkəmli xanəndə Bülbül bir dəfə Mingəçevirə gələndə dedim ki, inşaatçıların qarşısında çıxış etmək lazımdır. Bizim də hələ nə klubumuz var, nə də mədəniyyət sarayımız... Bülbül soruşdu ki, bəs harada çıxış edim. Cavab verdim ki, narahat olmayın, bu gecə 1000 nəfərlik bir klub tikdirəcəyəm... 
 
Daşları düzüb üzərlərindən taxtaları döşədik. Beləcə səhnə düzəldəndən sonra bir köhnə pianino tapıb səhnəyə çıxardıq. İndiki mədəniyyət nazirimiz(hazırda Azərbaycanın Rusiyadakı səfiri-S.L.) Polad Bülbüloğlunun o vaxt 5-6 yaşı olardı. Onu özüm qucağıma alıb səhnəyə çıxardım. Polad pianinonu dınqıldatdı, Bülbül də oxudu. Böyük müğənni Mingəçevirdə ilk konsertini belə verib..." 
 
Təqdim etdi: Sultan Laçın
 
Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla