AZ

Qan təzyiqini dərmansız necə aşağı salmaq olar?

Terapevt və teleaparıcı Yelena Malışeva qan təzyiqini dərmanların köməyi olmadan aşağı salmağın təsirli yolunu izah edib.

Aztibb.az “Doctor Piter” portalına istinadən xəbər verir ki, həkimin bildiridiyinə görə, yuxarı 130-dan 140-a qədər və aşağı 80-dən 90-a qədər təzyiq göstəriciləri ilə dərmanlar təyin olunmasa belə, onu düzəltmək üçün müəyyən tədbirlər görmək lazımdır.

Həkimin fikrincə, əsas məqamlardan biri spirtli içkilərdən tamamilə imtina etməkdir.

Alkoqoldan tam imtina etmək sizə həblərdən istifadə etmədən qan təzyiqinizi normallaşdırmağa imkan verəcək.

Qocalıqda insult riskini minimuma endirmək üçün pəhrizə riayət etmək, fiziki fəaliyyətlə məşğul olmaq və pəhrizinizə bir neçə sağlam qida əlavə etmək lazımdır.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla