AZ

Çinli ekspert: Pekin Cənubi Qafqazı potensial dəhliz hesab edir

Çin Cənubi Qafqaza Asiya ilə Avropanı birləşdirən dəhliz kimi baxır.

Yenisabah.az Armenian News-a istinadla xəbər vverir ki, bunu İrəvanda keçirilən konfransda çinli politoloq Çanq Lyu deyib.

O əlavə edib ki, Pekin bölgə ölkələri ilə əlaqələri uğurla inkişaf etdirir.

Ekspert bildirib ki, Pekin İrəvanla iqtisadiyyat və mədəniyyət sahələrində, Azərbaycanla isə enerji sektorunda əlaqələri inkişaf etdirməyə çalışır: “Keçən il Gürcüstanla da strateji tərəfdaşlıq sazişi imzalanıb”.

Çan Lyu Çinin regionda sülhün əldə olunmasında maraqlı olduğuna inandırıb.


Telegram kanalımız
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla