AZ

Bağça müdiri olmaq istəyənlər nələri bilməlidirlər? — AÇIQLAMA

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test mərhələsi keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, martın 30-da keçiriləcək test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək. 

Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında bağçalara direktor seçimində üstünlük veriməli olan meyarlara toxunub:



“Məktəbəqədər təhsil müəssisələrinə direktor vəzifəsinə artıq ikinci dəfədir qəbul həyata keçirilir. İmtahanda namizədlərə verilən suallar məktəbəqədər təhsillə bağlı qanunvericilik və məktəbəqədər təhsil proqramı haqqındadır. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri əmək qanunvericiliyinin tətbiqi qaydalarını da bilməlidir. İdarəetmə qabiliyyətinə sahib olmalıdır. Eyni zamanda məktəbəqədər təhsil üzrə hüquqi-normativ sənədlər haqqında məlumatlı olmalıdır. Düşünürəm ki, bağçalara direktor seçimində imtahan və müsahibə mərhələlərində bu mövzularda suallar salınmalı, namizədlərin biliyi yoxlanılmalıdır”.

Törə Zeynallı
Demokrat.az

phrase_var_article.chosen
74
29
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close