AZ

"Qorxu hissi olmasın deyə..." - Moskvada baş verən terrorla bağlı YENİ DETALLAR

Moskvada baş verən terror aktı ilə bağlı yeni xəbər var.

 

Sfera.az bildirir ki, “Crocus City Hall”da hücumu törədən terrorçuların qanları müayinə üçün götürülüb. Təhlil zamanı qorxu hissini aradan qaldıran psixotrop maddə aşkar edilib. Bu barədə Baza telegram kanalı məlumat yayıb.

 

“Terrorçular qorxu hissini aradan qaldıran psixotrop maddələrin təsiri altında olublar. Sözügedən maddə reallıq qavrayışını dəyişir. Lakin onun adını dəqiqləşdirməyiblər”, — kanal qeyd edib.

 

Xatırladaq ki, ötən günlərdə Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Bir neçə nəfər konsertə gələnlərə atəş açıb və yanğın başlayıb. Nəticədə 143 nəfər ölüb, 360 nəfər yaralanıb. Moskvanın Basmannı məhkəməsi konsert zalında insanların qətlində iştirak edən 4 terrorçunu həbs edib. Onlardan biri etiraf edib ki, ona hücumu həyata keçirmək üçün 500 min rubl vəd edilib.

 

Günay

Seçilən
182
49
Mənbələr
Şərh ()
Bağla