AZ

Emin Ağalarovdan “Crocus City Hall”un bərpası ilə bağlı AÇIQLAMA

“Crocus City Hall”un bərpası ilə bağlı yekun qərar verilməyib”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov “Rossiya 24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, özü zalın bərpasının tərəfdarı olsa da, yekun qərar Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun, Rusiya prezidenti Vladimir Putinin və ictimaiyyətin rəyindən asılıdır.

Ağalarov qeyd edib ki, terror aktı zamanı zala dəymiş ziyanın yalnız 1/30 və ya 1/40 hissəsini sığorta ödəyəcək.

O, nəzərə çatdırıb ki, 2009-cu ildə “Crocus”un tikintisi atasına təxminən 70 milyon dollara başa gəlib: “Bu gün hesab edirəm ki, 150 milyon dollardan aşağı məbləğə belə bir zalı tikmək mümkün deyil”.

Ağalarov həmçinin “Crocus”un “Qazprombank”da girov qoyulduğunu təsdiqləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə bildirib ki, “Crocus City Hall”un bərpası məsələsi Kremlin və ictimaiyyətin gündəmində deyil: “Hələ də istintaqın aktiv mərhələsi davam edir. Bu barədə danışmaq və hər hansı mövqe tutmaq yəqin ki, tezdir”.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla