AZ

Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - ARAŞDIRMA

Azərbaycanda kommunal xidmətlərin qiyməti UCUZLAŞACAQ? - ARAŞDIRMA

Kommunal xidmətlərinin qiymətinin artması evlərin və iş yerlərinin büdcəsinə təsir göstərir. Bu baxımdan vətəndaşları maraqlandıran əsas problemlərdən biri aqiyməti artmaqda olan kommunal xidmətlərdir. Bəs Azərbaycanda kommunal xidmətlərin ucuzlaşması baş verə bilər?

Mövzu ilə bağlı iqtisadi məsələlər üzrə ekspert Xalid Kərimli Sonxeber.az-a açıqlama verib:
Azərbaycanda"Azərbaycanda kommunal xidmətlərinin ucuzlaşması gözlənilmir. Burada zibildaşıma, ıift xidməti, qaz, işıq və su daxildir. Bu istiqamətdə qiymətlərin ucuzlaşması baş verməyəcək. Sözügedən xidmətlərin ucuzlaşması üçün isə heç bir əsas yoxdur. çünki bu istiqamətdə bir sıra problemlər var. Həmin problemlər həll edilməyənə qədər kommunal xidmətlərin qiymətinin dəyişməsi olmayacaq. Onsuzda həmin xidmətlərin qiymətləri qaldıranda müəyyən səbəblərə əsas gətirildi. Bu baxımdan həmin səbəblər aradan qalxmayıb".

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov mövzu illə bağlı sıra məqamlara toxunub:
Azərbaycanda"2024-cü ilin ilk iki ayında alternativ mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalında artımlar var. Günəş enerjisinin istehsalı 6 dəfə artıb. Həm külək, həm də digər alternativ mənbələrdən əldə edilən enerjinin payının artması bütövlükdə, xüsusən elektrik enerjisində qiymətin baxılması daha alternativ imkanların yaradılmasına imkan yaradıla bilər. Belə ki, inkişaf etmiş ölkələrdə alternativ mənbələrdən ailələrin, icmaların elektrik enerjisi hasil etməsi və istehlakı üçün istifadə etməsi, enerjinin bir hissəsini dövlətə satması mümkündür. Biz təklif edirik ki, oxşar praktika Azərbaycanda həyata keçirilsin. Bütövlükdə elektrik enerjisinin qiymətlərinin azalmasına, vətəndaşlarımızın daha aşağı qiymətə elektrik enerjisi almasına gətirib çıxarda bilər. Bu baxımdan həmin istiqamətdə aparılan mexanizmlərin tətbiq edilməsi və dünya praktikasına uyğun olaraq mexanizmlərin həyata keçirilməsi elektrik enerjisinin qiymətinin aşağı düşməsinə şərait yarada bilər".

İqtisadçı Rəşad Həsənov deyir ki, bu günə qədər hökumətin fəaliyyətinin təhlili onu göstərir ki, kommunal xidmətlərdə ucuzlaşma baş verməyəcək:
Azərbaycanda" Ən azından yaxın və orta müddətli dövrdə, o cümlədən növbəti 5 il ərzində belə bir ucuzlaşma ehtimalını gözləmək sadəlövhlük olardı. Onu da nəzərə almaq lazımdır ki, kommunal xidmətlər sahəsində fəaliyyət göstərən qurumların böyük əksəriyyəti bu və digər şəkildə zərərlə fəaliyyət göstərirlər. Düşünmürəm ki, burada əsas səbəb qiymətlərdir. Mən fikirləşirəm ki, burada əsas səbəb maliyyə vəsaitlərinin düzgün istifadə edilməməsi, korrupsiya, şəffaflığının olmaması, itkilərin çoxluğu kimi məqamlardır. Amma fakt ondan ibarətdir ki, qurumlar zərərlə və çoxu subsidiya ilə fəaliyyət göstərir. Belə olan təqdirdə, qiymətlərin ucuzlaşmasını gözləmək sadəlövhlükdür. Qaz limiti isə son müzakirələrdən sonra, limitləri daha diversifikasiya etdilər. Üç pilləli mexanizmi tətbiq etməyə başladılar. Bu təcrübəyə əsaslansaq onu deyə bilərik ki, yaxın və orta gələcəkdə qaz limitlərinin aradan qaldırılması müzakirə mövzusu deyil. Hətta qiymətlər artar, amma azalmaz".

Sevda Səfərova

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla