AZ

Bakıda taksi işləmək üçün ala biləcəyiniz 5 avtomobil markası

Bakı şəhərində taksi fəaliyyəti göstərmək üçün ala biləcəyiniz 5 avtomobil markası var ki, bunlar ən minimal büdcəyə ala biləcəyiniz ekonom və dözümlü avtomobillərdir. Dünya praktikasında bu modellər fərqli olsa da, ölkəmiz üçün keçərlidir. 

Bu barədə avtobloger Bəhruz Güləli Valyuta.az-a bildirib ki, bu avtomobillərin hər biri qarışıq rejimdə təxminən 100 kilometrə 5 litr yanacaq sərf edir. Bunların ehtiyat hissələri hər yerdə tapılır, yağdəyişmə xərcləri də təxminən 60 manat civarında olur. Həmin beş avtomobil markası bunlardır:

5. 2006-cı il istehsalı olan 1.3 dizel mühərrikli, mexaniki sürətlər qutusu olan “Opel Astra” markalı avtomobildir.

4. 2008-ci il istehsalı olan 1.5 dizel mühərrikli, mexaniki sürətlər qutusu olan “Kia Rio” markalı avtomobildir.

3. 2008-ci il istehsalı olan 1.5 dizel mühərrikli, mexaniki sürətlər qutusu olan “Hundai Accent” markalı avtomobildir.

2. 1.3 hibrid mühərrikli, variator sürətlər qutusu olan “Honda Civic” markalı avtomobildir.

1. 2006-cı il istehsalı olan 1.4 dizel mühərrikli, mexaniki sürətlər qutusu olan “Toyota Corolla” markalı avtomobildir.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
valyuta.az

1Mənbələr