AZ

Depayın menecerindən təkzib

Braziliyalı keçmiş futbolçu Dani Alveşin 1 milyon avro təzminat qarşılığında azadlığa buraxıldığını yazmışdıq.

Futbolpress.az xəbər verir ki, xarici KİV bu məbləğin "Barselona"nın sabiq futbolçusu Memfis Depay tərəfindən ödənildiyini yazırdı. Niderlandlı hücumçunun meneceri Sebastyan Ledyur "Goal"a açıqlamasında isə xəbərləri təkzib edib:

"Yayılan məlumatlar yalandır. Bu, doğru deyil. Depay təzminatı ödəməyib".

Alveş fevralda cinsi təcavüzdə təqsirli bilinərək 4,5 il müddətinə həbs edilmişdi. Lakin bir neçə gün əvvəl oyunçu 1 milyon avro ödəyərək azadlığa çıxıb.
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla