AZ

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakı. Trend:

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.

Bu barədə Trend-əİqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayıcəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevralayında qiymətlər 3.8 faiz artıb.

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 5.1faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 2.6 faizyüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 3.7faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləriindeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən,qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz,qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişlixidmətlər üzrə 102,3 faiz təşkil edib. 2024-cü ilin fevral ayındaistehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz,yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən101,3 faiz olub.

Seçilən
45
19
Mənbələr
Şərh ()
Bağla