“Azərişıq” ASC Göyçayda əsaslı təmir və yenidənqurma işləri aparır. 1news.az-ın səhmdar cəmiyyətə istinadən verdiyi xəbərə görə, rayon ərazisində istismar müddəti bitmiş dayaqlar müasir metal dayaqlarla əvəz olunur, izolyasiyalı kabel xətləri çəkilir.
Şəhərlə yanaşı Göyçayın kəndlərinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Mırtı kəndində
35/10 kV-luq,
6,3 MVt gücündə yeni yarımstansiyanın tikintisi davam etdirilir. Bu yarımstansiyaya
35 kV-luq
7,5 km uzunluğunda hava xətti çəkilir. Mırtı yarımstansiyası rayonun
12 kəndini – Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Yarımstansiya tikilib istismara verildikdən sonra
5 min abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq. Hazırda 1
10/35/10 kV-luq Göyçay yarımstansiyasından qidalanan
10 kV-luq 5-ci şəhər hava xəttini əhatə edən küçə və məhəllələrdə işlər davam edir. Həmçinin,
0,4 kV-luq elektrik veriliş xətlərində köhnə tipli naqillər, dayaqlar və sayğaclar yeniləri ilə əvəzlənir. Ümumilikdə, İnvestisiya Proqramına uyğun olaraq ölkənin