AZ

Rusiyanın Sakit Okean Donanmasının hərbi gəmiləri Qırmızı dənizə daxil olub

Rusiyanın Sakit Okean Donanmasının hərbi gəmilərinin bir bölümü Bab-əl-Məndeb boğazını keçərək Qırmızı dənizə daxil olub. Bundan əvvəl onlar Ədən körfəzini də uğurla keçiblər.

Editor.az Şərq Hərbi Dairəsinin Sakit Okean Donanması üzrə mətbuat xidmətinin informasiya təminatı şöbəsinin məlumatına istiandən bildirir ki, bölmənin tərkibinə Naximov adına “Varyaq” raket kreyseri və “Marşal Şapoşnikov” freqatı daxildir.

Qeyd olunur ki, gəmilər uzun məsafəli dəniz səyahəti çərçivəsində planlı tapşırıqları yerinə yetirməkdə davam edirlər. Ədən körfəzində gəmilər şərti düşmənin müxtəlif hərəkət ssenariləri üzrə bir sıra dəniz təlimləri keçiriblər.
Xatırladaq ki, Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndeb boğazı 2023-cü ilin noyabr ayından Yəmən husilərinin hücumlarına məruz qalır.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
18
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close