AZ

Ata qızlarını güllələyib intihar etdi

İstintaq Stavropolda fərdi evdə iki azyaşlının vəhşicəsinə qətli ilə bağlı araşdırma aparır. 

Lent.az bildirir ki, Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, martın 27-də axşam saatlarında kişi qızlarını güllələyib, arvadını ağır yaralayıb, sonra isə intihar edib.

Zərərçəkmiş ağır güllə yarası ilə reanimasiyaya yerləşdirilib. Hadisə yerində polis iki qız və bir kişinin meyitini aşkar edib.

"Zərərçəkənləri qadının atası aşkar edib, o, qapı içəridən bağlı olduğundan zəng edib evə daxil ola bilməyib. O, təcili yardım çağırıb. İstintaqın prioritet versiyasına görə, kişi arvadını güllələyərək yaralayıb. qızlarını öldürüb, sonra da həyatına son qoyub”, - idarənin mətbuat xidmətindən bildirilib.

phrase_var_article.chosen
21
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close