AZ

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib.

Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamanda ev işləri ilə məşğul olan qadın uşaqların oynadığı otağa girəndə Vedat Ayazı hərəkətsiz vəziyyətdə görüb. Nənə dərhal təcili tibbi yardıma zəng edib. Qruplar körpənin öldüyünü müəyyən edib.

Məlum olub ki, uşağın boynu açmağa çalışdığı çarpayının siyirməsinə dəyərək sınıb. Həmin gün 15 aylıq körpənin babası da ürək tutmasından vəfat edib.


BiG.Az
Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla