Reyting.az-ın məlumatına görə, hadisə martın 28-də saat 08 radələrində Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, Ə. Sədiyarovun idarə etdiyi "Mercedes", Z. Kərimovun idarə etdiyi "VAZ 2109" və D. Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C. Kərimov hadisə yerində ölüblər.