AZ

Saqqız COVID və hamiləlik testinə çevrildi

Hər il dünyada milyardlarla birdəfəlik testlər COVID-19, hamiləlik və müxtəlif xəstəliklərin diaqnozu üçün istifadə edilir və boşa gedir. İngiltərədəki elm adamları istifadə edilmiş saqqızları təkrar emal edərək test dəstlərinin plastik hissələrini istehsal etməyə nail olublar. Texnika sayəsində hər il minlərlə ton tullantı təkrar emal edilə bilər.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Edinburq Universitetinin mütəxəssisləri təkrar emal edilmiş plastikdən hər il milyardlarla test dəstində istifadə edilən "yanal axın kasetləri" istehsal etməyi bacardıqlarını açıqladılar.

 

Alimlər hətta saqqızdan xammal kimi istifadə edə biləcəklərini deyirlər.

Mövzu ilə bağlı danışan ekspert, "Təkrar emal edilmiş materiallardan beş yanal axın analizi dəsti istehsal etdik. Bunlardan üçü köhnə saqqız, soyuducu hissələri və əhəng daşından, ikisi isə bioloji mənşəli materiallardan hazırlanmışdır. Məqsədimiz xammal istehsalına yüzdə 30-50 faiz qənaət etməkdir", - deyib.

phrase_var_article.chosen
55
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close