AZ

Azərbaycan cüdo yığması Almaniyada toplanışa qatılıb

Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Offsideplus.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yığmamızın üzvləri martın 25-27-də Almaniyanın Bremen şəhərində hazırlıq keçiblər. Cüdoçülarımız martın 27-dən 30-dək isə Hannoverdə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, yığmamız toplanışdan əvvəl Beynəlxalq Bremen Masters turnirində mübarizə aparıb.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla