AZ

Bu ölkədə hər 100 qocadan 78-i xroniki xəstədir

Ailə və Sosial Xidmətlər Nazirliyi ilə Türkiyə Statistika Qurumunun apardığı “Türkiyə Yaşlı profili” araşdırmasına görə, yaşı 65-dən yuxarı olan hər 100 nəfərdən 78-i xroniki xəstəlikdən əziyyət çəkir.

Medicina.az xəbər verir ki, xroniki xəstəliyi olanların çoxu Şərqi Qara dəniz bölgəsində yaşayanlardır.

Araşdırma çərçivəsində 50 və daha yuxarı yaşda olan 29 785 nəfərin sağlamlıq vəziyyətləri təhlil edilib.

Məlumatlara görə, hipertoniya, şəkərli diabet, ürək xəstəlikləri və xərçəng kimi xroniki xəstəlikləri olan 65 və daha yuxarı yaşda olan insanların nisbəti 78,7 faiz təşkil edib.

22 640 ailəni əhatə edən araşdırmaya görə, xroniki xəstəliklərinin gündəlik fəaliyyətlərini məhdudlaşdırdığını ifadə edənlərin nisbəti 32,3 faizdir.

65 və daha yuxarı yaşda olan insanların 77,6 faizinin xroniki xəstəlik, 48,7 faizinin ortopedik və 23 faizinin isə görmə problemləri ilə bağlı əlillik kağızı var.

Yaşı 65-dən yuxarı olan hər 10 qocadan yalnız 2-si səhhətinin yaxşı olduğunu bildirir.

Sorğu nəticəsində qocaların psixoloji vəziyyəti də müəyyən edilib. Xoşbəxt olduğunu bildirən 65 yaşdan yuxarı insanların nisbəti 64,1 faiz təşkil edib. Xoşbəxt olduğunu bəyan edən kişilərin nisbəti 64,9 faiz ikən, qadınların nisbəti isə 63,5 faiz olub.

65 yaşdan yuxarı insanların 82 faizi ən böyük xoşbəxtlik mənbəyinin sağlamlıq olduğunu bildirib.

Yaşı 50-dən yuxarı olanların yarıdan çoxu gələcəkdə evdə qulluq xidməti alacaqlarını bildirib. Bu yaş qrupunda olan insanların 24,2 faizi oğlu/qızı ilə qalmağa, 5,9 faizi isə qocalar evinə getməyə üstünlük verəcəyini deyib.


Aysel

phrase_var_article.chosen
49
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close