AZ

Türkiyədə vəkil adı altında dələduzluq edən şəxs həbs edildi

Türkiyənin Adana şəhərində vəkil adı altında dələduzluq edən şəxs həbs edilib.

E-huquq.az "Hukukihaber"ə istinadən xəbər verir ki, özünü vəkil kimi təqdim edərək dələduzluq edən qadının bir sıra məhkəmələrin qarşısında vəkil paltarı geyindiyi görüntüləri sosial media hesabında paylaşılıb.

Adana Şəhər Prokurorluğu tərəfindən onun yaşadığı ünvanda aparılan axtarışlar zamanı saxta vəkillik vəsiqəsi, vəkil paltarı, sənədsiz silah və dələduzluqda istifadə edilən bir çox məhkəmə sənədləri götürülüb.

Saxta vəkil həbs edilərək həbsxanaya göndərilib.

Şəbnəm Mehdizadə

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla