AZ

"Çox adam Azərbaycan futbolunun səviyyəsini dərk etmir" (MÜSAHİBƏ)

"Sumqayıt"ın futbolçusu Cordan Rezabalanın "FutbolPress"ə müsahibəsi:

- Artıq bir aydır, Azərbaycandasan. Uyğunlaşa bilmisən?
- İndi daha yaxşıyam. Azərbaycan futbola uyğunlaşmaq baxımından çətin yer deyil. Bura gələnə qədər demək olar, üç ay futbolsuz qalmışdım. İlk vaxtlar çətin oldu, çünki formada deyildim. İndi daha yaxşı hiss edirəm. Buna baxmayaraq, hələ tam hazır deyiləm.

- Karyeranda ilk dəfə Cənubi Amerikadan kənara çıxdın. Təəssüratların necədir?
- Oyunlarda fiziki gücə üstünlük verilir. Düşünürəm ki, Azərbaycan futbolu gərgindir. Lakin uyğunlaşıram. Mənim üçün futbol mürəkkəb oyun deyil. İstənilən yerdə bu idmana uyğunlaşmaq olar.

- "Sumqayıt"la çempionatda artıq üç oyuna çıxmısan. Liqa haqda düşüncələrin nədir?
- Bu matçlar komanda yoldaşlarımı daha yaxından tanımaq üçün şans idi. Fərqli ölkəyə gəlmişəm, dil, mədəniyyət mənim üçün yenidir. Təzə gələndə komanda yoldaşlarımın çoxunun adını bilmirdim, çətinliklərim olurdu. Lakin indi uyğunlaşıram, oyunçuları tanıyıram və bir-birimizi başa düşməyə başlayırıq.

- Daha əvvəl klub və Azərbaycan haqda məlumatın var idi?
- Düzü, çox məlumatım yox idi. Lakin təklif gələndən sonra araşdırdım və öyrəndim.

- Belə soruşum, Cordanı Ekvadordan Azərbaycana - "Sumqayıt"a gətirən nə oldu?
- Təklif olanda diqqətimi çəkdi. Məsələ maddi deyil. Həqiqətən, klubun layihəsi məni cəlb etdi. Bundan əlavə, cənubi amerikalı üçün Avropada oynamaq şansı fərqlidir. Düşündüm ki, klubun hədəfləri var və bu, istəklərimlə üst-üstə düşdü. İndi buradayam, özümü yaxşı hiss etməyə başlamışam. Hər birimiz - komanda yoldaşlarım, məşqçilər korpusu daha yaxşı olmaq üün çalışırıq.

- Azərbaycan futbolunda nə səni təəccübləndirdi?
- Ciddi nəsə yoxdur. Amma onu deyə bilərəm ki, burada futbol çox yaxşıdır. Çox adam Azərbaycan futbolunun səviyyəsini dərk etmir, amma burada oynamağa başlayanda görürsən ki, yanılırlar. Həqiqətən, səviyyə yaxşıdır.

- Çempionat oyunlarına az azarkeş gəlir. Bu, sənə necə təsir edir və fanatlara sözün varmı?
- Azarkeşlərimizdən bizi dəstəkləmələrini istəyirəm. Söz verirəm ki, hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Mən fərqli biriyəm, istəyirəm ki, meydandakı davranışlarımla fanatların sevgisini qazanım. Belə deyim, sözümü meydanda söyləmək istəyirəm.

Şahin Cəfərov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19402
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13269
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10499
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4992
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4976
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3693
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3435
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2887
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2590
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2232
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1703
Azərbaycan nefti ucuzlaşdı
1197
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1079
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1054
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1033
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
973
Arda dubl etdi - VİDEO
862
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
829