AZ

Ermənistan “Zvartnots”da işləmək üçün sərhədçilərin işə qəbulunu elan edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin “Zvartnots”, “Baqrataşen” və digər sərhəd-buraxılış məntəqələrində işləmək üçün kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib.

 

Müraciətlər yaşı 30-a qədər olan qadın və kişilərdən qəbul edilir, kişilər üçün hərbi xidmət məcburidir. Erməni dilindən əlavə rus və ya ingilis dilini bilmək tələb olunur.

 

Avqustun 1-dən “Zvartnots” hava limanında yalnız erməni sərhədçiləri xidmət aparacaq.

 

APA

Tarix: 28 Mart 2024, 11:16   
phrase_var_article.chosen
45
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close