AZ

Azərbaycan çempionunun mükafatlandırılacağı vaxt müəyyənləşdi

Bakı. Trend:

Azərbaycan çempionunun mükafatlandırma mərasiminin keçiriləcəyivaxt böyük ölçüdə məlumdur.

Trend-in İdman.biz-əistinadən xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 28-citurunda çempionluğu təmin etsə, mükafatını həmin gün almayacaq.

Qurban Qurbanovun yetirmələri sabah “Kəpəz”lə oyunda qızılmedalı rəsmiləşdirsə, böyük ehtimalla çempionluq kubokunu sonuncuev oyununda alacaq. Bu da Premyer Liqanın XXXV turuna təsadüfedəcək. “Qarabağ” “Turan Tovuz”la mayın 19-dakı matçdan sonramükafatlandırılacaq.

Qeyd edək ki, hazırda 66 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ”“Kəpəz”lə sabahkı oyunda uduzmasa, ardıcıl 3-cü, ümumilikdə 11-cidəfə Azərbaycan çempionu adını qazanacaq.

phrase_var_article.chosen
16
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close