AZ

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, hazırda ölkədə dolların bahalaşması gözlənilmir:

"Dolların bahalaşması gözlənilmir. Dollara təlabatın artmasının əsas səbəbi ilin əvvəlindən investisiyaların artması ilə əlaqədərdir. Bu il bildiyiniz kimi Azərbaycanda beynəlxalq tədbirlər keçiriləcək. Eyni zamanda Qarabağın bərpası ilə bağlı məsələlər sürətlənir. Bu hallar da idxalı daha çox artırır . Burada müəyyən ödənişlər edilir. Bu da dollara təlabatı artırır.

Vətəndaşlar arasında dolların bahalaşacağı barədə müəyyən təlaş yaranıb. Bu məsələlər planlaşdırılır. Dolların qiymətində artım gözlənilmir. Çünki, ilk olaraq Azərbaycan neftinin və qazının qiyməti yüksək olaraq qalır. Buna görə də ölkəyə gələn dollar kifayət qədər çoxdur.

Eyni zamanda valyuta bazarı üzərində ciddi nəzarət var. Kim nə qədər istəsə dollar ala bilmir. Bu səbəbdən 2024-cü ildə manatın məzənnəsinin ucuzlaşacağını gözlənilmir"

Gülcahan Məmmədova

phrase_var_article.chosen
27
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close